Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin məhkəmə prosesində təqsirləndirilən şəxslər son sözlərini deyiblər
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin növbəti məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyiblər. Daha sonra dövlət ittihamçısı replika hüququndan istifadə edərək çıxış edib. Hakimlər çıxışları dinlədikdən sonra təqsirli bilinən Mirzə Ağayevə, Racu Mehrəliyevə və Elnur Mirzəliyevə son söz verib.
Onlar isə yalnız "Allah köməyiniz olsu" sözü ilə çıxışlarını bitirblər. Hüseyn Qurbanovun və Qabil Məmmədrzayevin son sözü sonrakı məhkəmə prosesinə qalıb. Proses fevralın 11-nə təxirə salınıb.
Qeyd edək ki, dövlət ittihamçısı Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanında yerləşən evə basqın ediblər. Bu zaman evdə iki azyaşlı uşaq olub. Basqınçılar evdə olan azyaşlılar Əmir Kərimlini və onun tanışı Qədir Azadlını tapança ilə hədələyib uşaqların əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və külli miqdarda qızıl zinət əşyaları aparıblar.
İstintaqla müəyyən edilib ki, həmin mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləmiş Mirzə Ağayev verib. Mirzə Ağayev bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. O da öz növbəsində tanışı Racu Mehrəliyevə adı çəkilən mənzildə külli miqdarda pulun olması barədə xəbər verib.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) və 228.1–ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB