Aksiyaçılar İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar

Aksiyaçılar İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar

Karbi, Oqonavan, Uşi və Artaşavan olmaqla Arakatsot bölgəsinin dörd icmasının sakinləri hazırda etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, onlar artıq İrəvan-Vanadzor marşrutunu bağlayıblar və hökumətdən müvafiq stansiyaların məsələsini həll etməyi tələb edirlər.
Sözügedən saytda yayımlanan məlumata əsasən, Karbi kənd icmasının rəhbəri Karo Baqdasaryan bildirib ki, hökumət problemlə bağlı məlumatlandırılıb, müvafiq mütəxəssislər gəlib və vəziyyətlə tanış olublar, lakin konkret addımlar atılmayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə