Ekspertlər hər ikisinin erməni lobbi təşkilatının fəal üzvləri olduqlarını bildirirlər
Zaman-zaman sapı özümüzdən olan baltalar milli və dövlətçilik maraqlarımıza qarşı şər və böhtan kampaniyası aparıblar. Nədi-nədi, qarşılığında xarici anti-Azərbaycan dairələrdən əyinlərinə pal-paltar, qarınlarını doyurmaq üçün yemək-içmək alıblar. Bu gün də fəaliyyət növü dəyişməyib. Yenə də, AXCP- Müsavat partiyalarının satqın və xəyanətkar liderləri ölkəmizə qarşı hər cür pozucu siyasət aparırlar. Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli və bu kimi üzdəniraq siyasət dəllalları milli maraqlarımıza zərbə vurmaq üçün pozucu aktlar törətməyə cəhdlər göstərirlər. Mayın 29-da UEFA-nın Bakıda keçirilən final yarışı öncəsi, bu simasızların müxtəlif təxribatlar törətməyə çalışmaları buna misal ola bilər. “Arsenal” futbol klubunun erməni futbolçusu Henrix Mxitaryanın yarışa gəlməkdən imtina etməsini özlərinə qəm-qüssə edən “Milli Şura” və Müsavat rəhbərliyi abır-həya etməsə idilər, erməniyə dəstək aksiyası keçirərdilər. Keçirdilər də, amma Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə. Rüsvayçılıqla nəticələnən aksiyada təxribatlar törədilməsinə cəhdlər göstərildi, ancaq hüquq-mühafizə orqanları səbr və təmkinlə təxribatların qarşısını almaqla dağıdıcı müxalif ünsürləri ümidsizliyə düçar etdilər.
“Nə mənfi komponent varsa, Əli Kərimli ona sahibdir”
Bütün bunlar, bir daha təsdiq edir ki, AXCP sədri Ə.Kərimli erməni lobbisinin sifarişlərini yerinə yetirir və onlardan maliyyə yardımları alır. Millət vəkili Elşən Musayev “Səs” qəzetinə açıqlamasında bildirdi ki, tarix boyu Ə.Kərimli kimi ambisioz, qeyri-səmimi, dələduz siyasətçi yetişməyib və doğulmayıb: “Nə mənfi komponent varsa, bu adam ona sahibdir. Meydanda hər zaman dostlarını tək qoyan da, arada nifaq salan da, insanları müxalifətçilikdən küsdürən də, iyrəndirən də, liderini və tərəfdaşlarını öz maraqları naminə satan da Ə.Kərimli olub. Hamının bu və ya digər şəkildə mənfi və müsbət tərəfləri ola bilər. Amma Kərimlinin bütün tərəfləri mənfidir. Təbii, son mitinqdə də, bu adam sırf öz maraqlarını güdürdü, özünü qaldırmağa və hamını aşağılamağa çalışırdı. Bacardığı qədər də bunu elədi. Odur ki, ətrafındakılar bu son nümunədən də dərs götürsünlər və bu buqələmunun nə olması, necə olması ilə bağlı yenidən düşünsünlər”.
UEFA final yarışı ərəfəsi Ə.Kərimli və onun ətrafında olanlar Azərbaycanın imicini ləkələmək üçün xarici maraqlı dairələrə “donos”lar ünvanlayırdılar. “Amnistey İnterneyşin” təşkilatını mayın 25-də Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edən, cəfəng hesab yayması Ə.Kərimli, C.Həsənli, A.Hacılı kimilərin “donos”larının və xarici anti-Azərbaycan dairələrinin ideyalarının məhsuludur. Əminliklə demək olar ki, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu dolayısı ilə göstərirlər. Göstərişə əsasən, onlar gah mitinqlər, küçə yürüşləri keçirir, gah da hədələyici bəyanatlarla çıxış edirlər. Baxmayaraq ki, bu ünsürlərin təşkil etdikləri mitinqlərə belə gələn olmur. Ancaq “Milli Şura” və Müsavat liderləri mitinq xəstəliyindən əl çəkmir və demək olaraq ki, hər həftə sonu aksiya keçirmək arzusunda olduqlarını bəyan edirlər. Söz yox ki, mitinqlər zamanı qarşıdurma yaranarsa, dil pəhləvanları hər kəsdən öndə olmaqla, qaçmağa üstünlük verəcəklər. Bunu misal olaraq, 2003-cü il 15-16 oktyabr iğtişaşlarına cəhd zamanı İsa Qəmbərin 2005-ci ildə Qələbə meydanında polislə qarşıdurma qazmanı Ə.Kərimlinin və mühafizəçilərinin köməyini gözləmədən aradan çıxmalarını göstərmək olar. 1990-cı il 20 Yanvar faciəsi zamanı da insanları meydanlara səsləyən İ. Qəmbər, Ə.Kərimli, N.Pənahlı, İ.Həmidov, A.Hacılı sövet qoşunlarının şəhərə soxulduqlarını görüncə, dabanlarına tüpürüb qaçmağa üstünlük verdilər. Bu baxımdan da, onların heç biri cüzi belə zərər görmədilər. Halbuki insanları qırğına, məhz onlar vermişdilər. Sonradan bəlli oldu ki, 20 yanvar gecəsi İ. Qəmbər Yusif Səmədoğlunun evində istirahət edirmiş. Ə.Kərimli isə, doğulduğu Saatlı rayonunun Azadkənd kəndinədə gizlənirmiş.
“Milli Şura” buraxılacaq
Mövcud faktlara əsaslanaraq, demək olar ki, müxalif dağıdıcı ünsürlər xarici maddi və mənəvi dəstəyə malik olmalarına baxmayaraq, “Milli Şura” arxivlikdir. Çünki bu qurum daxilində ziddiyyətlər özünün kulminasiya nöqtəsinə yüksəlməkdədir. Bu baxımdan, siyasi ekspetlərin də, qeyd etdikləri kimi, “Milli Şura” yaxın vaxtlarda fəaliyyətini dayandıracaq. Baxmayaraq ki, Ə.Kərimli süni vasitələrlə qurumun dağılmasının qarşısını almağa çalışır. Ancaq hazırkı şəraitdə gözlənilən parçalanmanın qarşısını almaq mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa və konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bir qədər əvvəl, qeyd etdiyimiz kimi, Eldəniz Quliyev, Oktay Güaliyev və digərləri “Milli Şura”dan istefa verərək, yeni qurum yaratmağı planlaşdırırlar. Bu isə, o deməkdir ki, “Milli Şura”da yaranan çatlar getdikcə dərinləşir. Bunun sonu isə, parçalanmadır. Düzdür, Ə.Kərimli “Milli Şura”nın tör-töküntülərini AXCP-yə cəlb etməyə çalışır. Bunun üçün qurumun istefa startında olanlarla fərdi söhbətlər aparır. Ancaq AXCP bir işə yaramadığı üçün, “şura”çılar Ə.Kərimlinin təklifini dəyərləndirmək fikirində deyillər.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB