Ermənistanın baş naziri Nikol Paşinyan tətilə gedir və onu baş nazir müavini Tiqran Avinyan əvəz edəcək. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə getməyi qərara alıb və bu xüsusda deyilir:
"2019-cu il mayın 31-də "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinin 12-ci hissəsi və 18-ci maddəsinin 4-cü bəndini rəhbər tutaraq Ermənistan Baş naziri Nikol Pashinyana 2018-2019-cu illər üçün icazənin minimum hissəsi təqdim edilsin."
Məlumatda qeyd olunur ki, Paşinyanın məzuniyyət müddətində baş nazir müavini Tiqran Avinyan Ermənistanın Bbaş nazirinin vəzifələrini yerinə yetirəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB