Millət vəkili: “Əminəm ki, yeni məruzəçilər Azərbaycan-AŞPA münasibətlərini yeni mərhələyə qaldıracaqlar”
"Avropa Şurasının həmməruzəçiləri Azərbaycanda bir neçə gün mühüm və vacib görüşlər keçiriblər. İnanıram ki, onlar Azərbaycanla bağlı öz gördüklərini obyektiv şəkildə Avropa Şurasına çatdıracaqlar". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında millət vəkili Səməd Seyidov həmməruzəçilərin səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, bizim üçün ən əsası Azərbaycanda gedən prosesləri obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırmaqdır. S.Seyidovun sözlərinə görə, bunun üçün insanlar obyektiv olmalı və öz missiyasını düzgün yerinə yetirməlidir.
"Mən inanıram ki, məruzəçilər obyektiv şəkildə Azərbaycanda gedən prosesləri Avropa Şurasına çatdıracaqlar. Obyektiv çatdırılan məsələlər Azərbaycanın reallıqlarını göstərə bilər. Qeyri-obyektiv çatdırılanlara isə biz öz münasibətimizi bildirəcəyik. Amma əminəm ki, bu istiqamətdə normal bir əməkdaşlıq təşkil etmək mümkün olacaq", - deyə o əlavə edib.
Ötən gün Azərbaycan nümayəndə heyəti ilə görüşdə həmməruzəçilərin Alternativ xidmətlə bağlı məsələnin qaldırdıqlarını deyən millət vəkili vurğulayıb ki, Azərbaycan indiyədək bu öhdəliyi yerinə yetirməyib: "Bunun yerinə yetirilməməsinin səbəblərini məruzəçilərə çatdırdıq. Sülh yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi də öhdəlikdir, ancaq yerinə yetirilməyib. Biz o öhdəliyi yerinə yetirmək istəyini, cəhdini ortaya qoyduğumuz halda, Ermənistan çəkinir, qaçır, hansısa səviyyədə komitənin işində iştirak etməmək haqqında bəyanatlar verir. Biz sənədin layihəsini faktiki olaraq hazırlamışıq və Avropa Şurasında ekspertlərlə birgə işimizi təşkil etmişik. Ancaq yaddan çıxartmaq lazım deyil ki, Azərbaycan müharibə şəraitində yaşayır. Hələki bu istiqamətdə hansısa addım atılmayıb. Ona görə o qədər də asan deyil ki, parlamentin iclaslarında alternativ xidmət haqqında qanunu ortaya qoyub bu haqda addımlar ataq. Ona görə də burada obyektiv səbəblər var və həmməruzəçilər də bu obyektiv səbəbləri nəzərə alırlar. Azərbaycan üzrə həmməruzəçilər ölkəmizin öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı öz fikirlərini ortaya qoymalıdırlar. Biz indiyədək məruzəçilərin Azərbaycana gələrkən öhdəliklərini kənara qoyub tamamilə başqa işlər görməsinin şahidi olmuşuq. Əminəm ki, yeni məruzəçilər öz mandatları çərçivəsində fəaliyyət göstərib Azərbaycan-AŞPA münasibətlərini yeni mərhələyə qaldıracaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB