“Siyasi spekulyasiya ilə məşğul olanlar acı məğlubiyyətə uğradılar” ÖZƏL-ŞƏRH
"Ötən gün ölkəmiz UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahibliyi etdi. Final qarşılaşması 4-1 hesabı ilə “Çelsi”nin qələbəsi ilə başa çatdı. “Arsenal” futboldan daha çox siyasi spekulyasiya ilə məşğul oldu və nəticədə acı məğlubiyyətə uğradı". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redakoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, hər sahənin peşəkarı gərək öz sahəsi ilə məşğul olsun: "Futbolu siyasiləşdirmək istəyənlər nəticə etibarilə həm professionalı olmadıqları siyasət sahəsində, həm də öz professional fəaliyyətləri olan futbolda məğlubiyyətə düçar oldular. Düşünürəm ki, burada bir ilahi ədalət və məntiq var. “Arsenal” final görüşünə hazırlaşmaq əvəzinə, daha çox bunun ətrafında bir siyasi spekulyasiya yaratdı və futbol yaddan çıxdı. Ona görə də məntiqi nəticə bu oldu ki, məğlubiyyətə uğradılar. Əlbəttə, oyunu biz maraqlı adlandıra bilərik, amma bu bütovlükdə 90 dəqiqəlik oyunun cəmi 15-20 dəqiqəsinə aiddir. Hər şey bu dəqiqələrdə həll olundu. Ancaq bununla belə ən çox yadda qalan həm də ölkəmizin final oyununa çox yüksək səviyyədə hazırlaşması idi. Bakı Olimpiya stadionu möhtəşəm görünüşü, azarkeşlərin yüksək mədəniyyəti, təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu.
Azərbaycanın bu mötəbər oyunu təşkil etməsi, bunun nə qədər yüksək səviyyədə olmasını bütün dünya gördü. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Bəlli oldu ki, futbol bayramı ərəfəsində daha çox informasiya məkanında siyasi spekulyasiya ilə məşğul olanlar nəticə etibarilə acı məğlubiyyətə uğradılar. Eyni zamanda bəlli oldu ki, final görüşü ərəfəsində təhlükəsizlik məsələri ilə H.Mxitaryanla bağlı futboldan kənar yaradılan spekulyasiya sabun köpüyü idi və final oyunundan dərhal ondan sonra da dağılmış oldu. Azərbaycanda yüksək təhlükəsizlik tədbirləri görülmüşdü, bu idman bayramına yüksək səviyyədə hazırlaşmışdıq və nəticə də göz qabağındadır. Düşünürəm ki, bu, Azərbaycanın uğurudur, nailiyyətidir və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların məğlubiyyətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB