Cənub bölgəsində nikah bağlayanların sayı artıb

Cənub bölgəsində nikah bağlayanların sayı artıb

Cənub bölgəsində əvvəlki illərə nisbətən 2010-cu ildə nikaha daxil olanlar boşananlardan daha çox olub. SİA-nın cənub bürosunun məlumatına görə, 207 min əhalisi olan Lənkəranda ötən il 1682 nikah aktı bağlanıb, 104 nikahın pozulması,1060 atalığın müəyyən edilməsi qeydə alınıb. Boşanmaların səbəblərinə toxunan Lənkəran Qeydiyyat Şöbəsinin müdiri Əzizulla Şükürov bildirib ki, burada əsasən ər-arvad arasında anlaşılmazlıq, narkomaniya və alkoqola meyllilik və digər səbəblər üstünlük təşkil edib.

Ə.Şükürov, həmçinin "Doğumun qeydə alınması" maddəsində bir sıra dəyişikliklərin edildiyini diqqətə çatdırıb. Belə ki, yeni dəyişikliyə əsasən uşaq doğulan kimi 1 ay müddətində qeydiyyata alınmaldır.

Masallıda da ötən il ərzində həm nikaha daxil olanların, həm də boşanmaların sayı artıb. Rayon Qeydiyyat Şöbəsinin müdiri Xanverdi Həsənovun sözlərinə görə, 2010-cu ildə 602 nikah qeydə alınıb. Amma 2009-cu ildə bu rəqəm 400 olub. Bununla yanaşı, X.Həsənov əlavə edib ki, 2009-cu illə müqayisədə 2010-cu ildə boşanmaların sayında da artım qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə