“Son bir neçə gündə (24 May və 28 Mayda) ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə iki məktubun ünvanlanması ABŞ-ın Azərbaycana yüksək önəm verdiyini və ölkəmizin bölgədə liderlik rolunu aydın göstərir”. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.
“Məktublarda müxtəlif mövzular əhatə olunur: terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq, ölkədaxili islahatlar və s. Adətən Müstəqillik günü ərəfəsində bələ məktublar daxil olmaqdadır. Lakin bu dəfə iki məktubun qısa bir zamanda göndərilməsi təsadüfü deyil. Çox güman ki, yaxın zamanlarda ikitərəfli əlaqələr çərçivəsində müəyyən inkişafın olmasını müşahidə edəcəyik.
ABŞ Prezidenti “Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində” Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir”-deyə, F.Şəfiyev fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB