"ABŞ hər zaman Azərbaycana fərqli münasibət sərgiləyib" ÖZƏL-RƏY

"ABŞ hər zaman Azərbaycana fərqli münasibət sərgiləyib" ÖZƏL-RƏY

“ABŞ-Azərbaycan münasibətləri müstəqilliyimizin ilkin illərindən xüsusi diqqət və ehtiyatla davam edir. ABŞ hər zaman Azərbaycana Cənub Qafqaz ölkələrindən fərqli münasibət sərgiləyib. Bu da Azərbaycanın özünəməxsus çalarlara malik olmasıdır. İlk növbədə Azərbaycanın ərazi bütövlüyü region dövlətlərinin iştirakı ilə pozulub. Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün aktiv tərəfdaş və beynəlxalq dəstək axtarır. Bu istiqamətdə ABŞ birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və indiyə qədər yeritdiyi siyasi xətt dəyişməz qalır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Donald Trampın Azərbaycan Prezidentinə Respublika günü münasibəti ilə ünvanladığı məktub və məktubda göstərilən tərəfdaşlıq arzuları nəzakət xarakterli və növbətçi addım deyil: “Bu əlaqələrin uzun illər formalaşan kökləri var. Barak Obama və Corc Buş Admnistrasiyası da eyni mövqeyi sərgiləyirdilər doğrudur bir müddət Obama Admnistrasiyası ilə soyuqluq yaranmışdısa da reallıq, sağlam fikir və Azərbaycanın regionda rolu münasibətləri yenidən istiləşdirdi.

Hazırda ABŞ-ın İranla gərgin qarşıdurması Trampın Azərbaycan xüsusi diqqəət yetirməsi nöqteyi nəzərindən baxmaq olar. ABŞ İrana qarşı hərbi müdaxiləyə başlarsa Azərbaycan aerodromlarından istifadə üçün icazə istəməsi mümkündür. Lakin Azərbaycanın buna icazə verəcəyini güman etmirəm. Ona görə də Tramp bu məsələdə Emənistanla razılaşmağa çalışır və məlumatlara görə ilkin nəticələr var. Rusiyanın İranın üzərindən xətt çəkməsi və “ABŞ-ın İrana hücumu zamanı ona dəstək ola bilməyəcəyi” bəyanatı İranı çox ağır duruma salıb. İran indiyə qədər dostu və düşmənini tanımayan ölkə olub. İran bu ağır durumdan qurtulmağı bacararsa, gərək bundan sonra özünün Ermənistan siyasətinə yenidən baxış keçirsin.

Burada qeyd edim ki, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirib: “Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə