"Turizm ili" ilə əlaqədar Turizmə Dəstək Gənclər Koalisiyası yaradılıb
Prezident İlham Əliyev tərəfindən cari ilin "Turizm ili" elan olunması ilə əlaqədar "Turizmə Dəstək" Gənclər Koalisiyası yaradılıb. Bu barədə SİA-ya koalisiyanın rəhbəri Ramiz Alıyev məlumat verib. O bildirib ki, koalisiyanın təsis olunmasında əsas məqsəd ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olmaq, ölkəmizin turizm maarifçiliyini həyata keçirməkdir.
Onun sözlərinə görə, koalisiya il ərzində turizm istiqamətində maarifləndirmə və təbliğat xarakterli silsilə tədbirlər həyata keçirəcək. R. Alıyev vurğulayıb ki, artıq koalisiyanın koordinatorlar şurası həyata keçiriləcək tədbirlər proqramını təsdiqləyib: "Koalisiyanın ümumi işinə ictimai xadimlər, sənət adamları, idmançılar, turizm şirkətləri, KİV nümayəndələri, dövlət və hökumət nümayəndələrinin cəlb olunması nəzərdə tutulur".
R. Alıyev vurğulayıb ki, koalisiyaya üzvülük sərbəst olduğuna görə, istənilən şəxs üzv ola bilər. Koalisiyaya 15-20-ə yaxın gənclər təşkilatının üzv olduğunu dilə gətirən təşkilat rəhbəri bildirib ki, bir il ərzində qurum üzvləri koalisiya tərəfindən həyata keçiriləcək bütün işlərdə yaxından iştirak edəcəklər: " Koalisyanın həyata keçirəcəyi bütün işlər və layihələr haqqında bu yaxınlarda keçiriləcək mətbuat konfransında məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB