Paşinyanın səfəri dayandırması barədə yayılan informasiya narahatlıq doğurub

Paşinyanın səfəri dayandırması barədə yayılan informasiya narahatlıq doğurub

Ermənistanın baş naziri Nikol Pashinyanın Qazaxıstana işgüzar səfəri gündəmdə heç bir şey dəyişməyib, bütün planlaşdırılan görüşlər keçirilib və keçiriləcəkdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Vladimir Karapetyan baş nazirin Qazağıstanda işgüzar səfəri dayandırması barədə yayılan informasiyalara aydınlıq gətirmək üçün "Armenpress" ə verdiyi müsahibəsində deyib.

Xatırladaq ki, Paşinyanın Qazağıstanda işgüzar səfəri dayandırması barədə Ermənistanda informasiyalar yaılıb. Görünür, bu informasiyanın yayılması mövcud hakimiyyəti əməlli başlı narahat edib. Yəqin ki, baş nazirin mətbuat katibi bu narahatlığı aradan qaldırmaq məqsədi ilə müsahibə verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə