Bu gün dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan mədəniyyəti və incəsənəti yeni inkişaf dövrünü yaşayır. Müasir həyatımızda mədəniyyət və incəsənəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə mədəniyyət ocaqları təmir və bərpa etdirilib, mədəniyyət və incəsənət sahəsində çalışan işçilərinin sosial müdafiəsi gücləndirilib, sənətkarlar yüksək qiymətləndirilərək fəxri adlara və mükafatlara layiq görülüblər.
Bu günlərdə dövlət başçısının daha bir Sərəncamı ilə Azərbaycan mədəniyyətin inkişafındakı xidmətlərinə görə, bir sıra sənət xadimləri fəxri adlara, "Xalq yazıçısı", "Xalq şairi", "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" və digər fəxri adlara layiq görülüblər. Fəxri adlar alanlar sırasında nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəylinin də adı var. O dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" adına layiq görülüb. Prezident tərəfindən təqdim olunan fəxri ada görə böyük minnətdarlıq hissini ifadə edən E.Hüseynbəyli dövlətimiz tərəfindən verilən fəxri adı təkcə ona deyil, bütün həmkarlarına olan diqqət kimi dəyərləndirdi: "Bu, biz yazıçılara ayrılan diqqətin nümunəsidir. Bu, bir motivasiyadır. Mənim bir yazıçı olaraq, bir çox mükafatlarım var, istər xaricdə, istərsə də ölkə daxilində müxtəlif dövlət qurumlarını tərəfindən mükafatlara layiq görülmüşəm. Dövlət tərəfindən verilən mükafatın yeri özəldir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu fəxri ada layiq görülməyim məni çox qürurlandırır. Yaradıcı insanlara bu münasibəti davamlı olaraq görürük. Yəqin ki, mərhələli şəkildə digər həmkarlarım da mükafatlanacaqlar. Əlbəttə ki, yaradıcı şəxs üçün dövlətin qayğısını üzərində hiss etmək çox qürurlandırıcıdır."
Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi tarixi görüşü diqqətə çəkən E.Hüseynbəyli görüşün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı: "Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını və problemlərini hər zaman diqqətdə saxlayır. Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, mütəmadi olaraq, sərəncamlar imzalayır. Onu da, vurğulayım ki, yaradıcı şəxslər üçün, eləcə də, biz yazıçılar üçün Şabranda şəhərcik salınacaq. Əlbəttə ki, bu görülən işlər, ayrılan diqqət biz yaradıcı insanları daha məsuliyyətlə yazıb-yaratmağa sövq edir. Bir daha Prezidentimizə, Cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB