Paşinyan hansısa şəkildə istədiyini əldə etdi. Biz də istədiyimizə nail olmaq istəyirik. SİA Ermənistana məxsus aysor.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu Baqramyan prospektini bağlayan bukmeker ofislərinin əməkdaşlarından ibarət aksiya iştirakçılarının tələbidir.
Məlumata görə, bu gün, səhər tezdəndən etibarən, bukmeker ofislərinin əməkdaşları Ermənistan Milli Məclisinin qarşısında etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları qeyd edirlər ki, bukmeker ofislərinin bağlanması təklif olunan qanunvericiliklə tənzimlənmələr bir çox vətəndaşın işsiz qalmasına səbəb olacaqdır.
Bukmeker ofislərinin əməkdaşları bərabərlik tələb edir. Onlar qeyd edirlər ki, əgər bukmeker ofislərinin bağlanılması barədə qanun qəbul ediləcəksə, bunu fərq qoymadan etmək lazımdır. Aksiya iştirakçıları Baqramyan prospektini bağlayıblar və bu da sürücülərin narazılığına səbəb olub. Həmin ərazidə həmçinin polis əməkdaşları da var.
“Heç kim yoxdur ki, gəlib bizi dinləsin. Paşinyan hansısa yolla nəyə istəyirdisə ona da nail olub. Biz də onun kimi öz istədiyimizə nail olmaq istəyirik. Baxaq görək nə olur”, - deyə aksiya iştirakçılarından biri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB