AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılan Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələri narazılıqlarını bildirib. SİA-in "Regnum"a istinadən verdiyi xəbərə görə, bu haqda Avropa Şurasında olan diplomatik mənbələrdən verilən xəbərə görə, həmsədr ölkələr hesab edir ki, komitənin yaradılması danışıqlar prosesinə mənfi təsir göstərəcək və bu qərarın məsulliyyəti AŞPA Siyasi Bürosunun üzərinə düşəcək.
Həmsədr ölkələr Qarabağ münaqişəsinin həll edilməsi üçün danışıqların formatına hörmət və etimadla yanaşmağa çağırıb. Fransa və Rusiya təmsilçiləri qeyd edib ki, danışıqlar prosesinin detalları haqda məlumatsız olan siyasi xadimlərin bu məsələni müzakirə etməsi prosesə yardım etməyəcək.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Ermənistan Alt Komitənin fəaliyyətinin bərpasının əleyhinə səs versə də Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi haqqında qərar qəbul edilib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa komitənin yeni sədri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB