Azərbaycana tərəfdar mövqeyi ilə məşhur olan Stanislav Zasın namizədliyini İrəvan nəyin müqabilində və qarşılığında təsdiqləməyə razı oldu? SİA Ermənistana məxsus tert.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bu sual "Jamanak" qəzetində dərc olunan məqalədə öz əksini tapır.
Qəzetdə dərc olunan yazıya görə, Ermənistanın baş naziri Nikol Paşinyan Belarusiya təmsilçisi Stanislav Zasi İrəvanda qəbul edərkən qeyd edib ki, KTMT Baş katibi məsələsində 2020-ci ildən Belarusiyalı nümayəndənin təyin olunması çox sevindirici haldır və bu barədə artıq razılığa gəlinib.
Xatırladaq ki, bu vaxta qədər Belarusiya təmsilçisi Stanislav Zasin KTMT Baş katibi vəsifəsinə namizədliyini məhz Paşinyan qəbul etmirdi və buna qarşı çıxan yeganə lider də məhz o özü idi.
Nəşrdə o da vurğulanır ki, KTMT-nin hərbi-siyasi xarakterini və məntiqini Stanislav Zas təyin etməyəcək, amma rəsmi İrəvan belə bir namizədin dəstəklənməsi, alqışlanması müqabilində KTMT-dən kifayət qədər böyük məbləğ tələb etməli idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB