"Bədxahlarımızın yaydığı “qara" kampaniya” iflasa uğradı" ÖZƏL-MÜNASİBƏT

"Bədxahlarımızın yaydığı “qara" kampaniya” iflasa uğradı" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda bir-birini əəvəz edən beynəlxalq idman yarışlarının iqtisadi əhəmiyyətindən daha çox siyasi əhəmiyyəti önəmlidir. Təbii ki, on minlərlə turistin Bakıya toplanması iqtisadi cəhətdən dövlətimizə böyük məbləğdə gəlir gətirəcək”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, artıq Bakı otellərində boş yer tapmaq mümkün deyil və bu çox sevindiricidir: “İlk növbədə ölkəmiz haqqında bədxahlarımızın yaydığı “qara kampaniya” iflasa uğradı. Dünyanın böyük dövlətlərindən gəlmiş çoxsaylı turistlər, jurnalistlər və siyasi xadimlər Bakının nə qədər gözəl və təhlükəsiz bir şəhər olduğunu gözləri ilə görəcəklər. Bundan başqa xalqımızın qonaqpərvərliyi ilə yanaşı milli mətbəximiz və tarixi abidələrimizlə tanış olacaqlar. Bütün bunlar ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə