Gənclər Heydər Əliyev ideologiyasına sadiqdirlər FOTOLAR

Gənclər Heydər Əliyev ideologiyasına sadiqdirlər FOTOLAR

YAP Füzuli rayon təşklatının Gənclər Birliyinin konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Fizuli rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP Füzuli rayon təşkilatının keçən müddət ərzində görülən işlər və qarşıda duran məsələlər barədə çıxışlar olunub, məruzələr dinlənilib.

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Konfransa sədrlik edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova qeyd edib ki, bu gün sıralarında 700 min nəfəri birləşdirən YAP-ın sıralarında gənclər böyük əksəriyyəti təşkil edirlər. “Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirən və Prezident İlham Əliyevin Sədri olduğu YAP hər zaman fəaliyyətində gənclərə böyük önəm verib, imkanlar yaradıb”, deyə qeyd edən A.Həşimova həmçinin bildirib ki, bu amil gənclərə milli şüurun, vətənpərvərlik ruhunun formalaşmasına da əhəmiyyətli dərəcədə stimul verir.

YAP Füzuli rayon təşkilatının sədri qeyd edib ki, YAP Gənclər Birliyinin hədəfləri partiya rəhbərliyinin qarşısında qoyduğu məsələlər və gənclərin öz təşəbbüslərinin həyata keçirilməsi ilə bağlıdır və bu vəzifələrin həyata keçirilməsində YAP Füzuli rayon təşkilatının Gənclər Birliyi daim fəallığını göstərmişdir.

Partiyanın rayon təşkilatı ilə bağlı da məlumat verən Almaz Həşimova qeyd edib ki, hazırda 6849 nəfər YAP üzvünün 1813 nəfərini gənclər təşkil edir. “Bu gənclər Azərbaycanımızın gələcəyidirlər və onların amalı, məqsədi ölkəmizin adının yüksəldilməsi üçün çalışmaq, əzmlə xidmət göstərməkdir”, deyən YAP Füzuli rayon təşkilatının sədri partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsədlər, eləcə də gənclərin partiyadakı rolu, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə göstərdiyi davamlı diqqət və qayğısı barədə də danışan rayon təşkilatının sədri konfransı açıq elan edib.

Sonra YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edən Gənclər Birliyinin sədri Tural Nəbiyev

bildirib ki, partiyanın Füzuli rayon təşkilatının gəncləri ötən müddət ərzində istər seçkilərdə, istərsə də digər əhəmiyyətli ictimai-siyasi tədbirlərdə uğurlu fəaliyyət göstərərək, öz davamlı töhfələrini veriblər. “Azərbaycan gəncliyi, xüsusilə Yeni Azərbaycan Partiyasında təmsil olunan gənclərimiz ölkəmizin güclənməsi, qüdrətlənməsi üçün var gücləri ilə çalışır, təhsil və s. sahələrdə daim öndə olurlar”, deyə qeyd edən məruzəçi gənclərin YAP sıralarına axınla üzv olduqlarını, bundan qürur hissi duyduqlarını qeyd edib: “Bu gün partiyamızın sıralarında təmsil olunan hər bir xızılı gənc bundan sonsuz qürur və fərəh hissi duyur. Gənclərimiz Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı uğurla davam etdirən partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər”.

Çıxış edən digər məruzəçilər – rayonun Heydər Əliyev Mərkəzinin fond müdiri Şəhanə Kərimova, YAP Füzili rayon təşkilatının əməkdaşı İlgiz Məmmədova, Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Çinarə Abbaslı, Horadiz 2 saylı orta məktəbinin ingilis dili müəllimi Azər Kərimli ölkəmizdə yürüdülən uğurlu gənclər siyasətindən danışaraq, əldə edən nailiyyətlərin hər birinin Azərbaycanın daha uğurlu gələcəyinə stimul verdiyini qeyd edərək, ölkə gəncliyinin partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdiyini bildiriblər.

Məruzələrdən sonra sonra təşkilati məsələlərə baxılıb, YAP Füzuli rayon təşkilatının Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri, həmçinin sədri və sədr müavinləri, eləcə də, YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilib.

Çıxış edən “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP Füzuli rayon təşkilatının rəhbərliyini və Gəncər Birliyini keçirilmiş konfrans münasibəti ilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev daim Azərbaycan gəncliyinin inkişafı istiqamətində davamlı işlər aparır. “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin kökündə dayanan amil 90-cı illərin əvvəllərində vətəndaş müharibəsindən çıxan Azərbaycan gəncliyinin vətəndaş cəmiyyətinin formalaşması prosesinə cəlb olunması və həmin dövrdən etibarən həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir”, deyə qeyd edən Bəhruz Quliyev Azərbaycanda gənclərin inkişafı istiqamətində atılan addımların başlıca məqsədinin gənclərin enerjisindən dövlət idarəçiliyində, ictimai institutlarda, qanunvericilik orqanlarında və mühüm platformalarda daha səmərəli istifadə etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün gənclərimiz respublikanın müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elm auditoriyalarında təmsil edə bilirsə, o cümlədən, Azərbaycan gəncliyinin səsi müxtəlif nüfuzlu beynəlxalq təşkilatlardan gəlirsə bu, Azərbaycan gəncinin tərəqqi göstəricisidir. O, əlavə edib ki, region gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır, habelə Azərbaycan gənclərinin xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir: “Əlbəttə ki, bu uğurlar həm dövlətin apardığı siyasət, həm də ölkəmizin siyasi Liderinin şəxsi iradəsi nəticəsində qazanılıb. Bu gün hər bir vətənsevər Azərbaycan gənci məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməklə, ölkəmizin inkişafına öz töhfəsini verməkdədir”.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev isə öz çıxışında Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu daxili-xarici siyasətinə toxunaraq bildirib ki, bu gün Azərbaycanın inkişaf və tərəqqisi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi ideoloji prinsiplərlə davam etdirilir: “Hər bir inkişaf, hər bir nailiyyət ölkəmizin adını zirvələrə yüksəldir. O cümlədən, cənab İlham Əliyevin regionlara səfərləri və qəbul edilən Dövlət Proqramları digər rayonlarla yanaşı, sərhədyanı Füzuli rayonunun da inkişafına dinamik təsirlərini göstərir, rayonumuzda müxtəlif sahələri əhatə edən müəssisələr, iş yerləri açılır, insanlarımız bütün bunlardan töhfələr əldə edirlər. Əlbəttə ki, hər bir füzulili bundan sonra da bütövlükdə Azərbaycanın inkişaf və tərəqqisi yönündə yorulmadan çalışacaq, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. Mən, hər birinizə uğurlar və nailiyyətlər arzulayıram”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə