Katarijna Pisarska: “Polşa Azərbaycanı Avropanın ayrılmaz bir parçası olaraq görür”
Fevralın 3-də Azərbaycanda səfərdə olan Polşa Respublikasının Avropa Diplomatiya Akademiyasının direktoru xanım Katarijna Pisarska SAM-ın qonağı olub. SİA-nın xəbərinə görə, SAM-ın elmi heyəti ilə görüşdə xanım Pisarska rəhbərlik etdiyi Avropa Diplomatiya Akademiyasının fəaliyyəti, tədqiqat sahələri bərədə geniş məlumat verərək, səfərində əsas məqsədlərindən biri Azərbaycanın "beyin mərkəzləri" ilə münasibətlərin yaradılması və əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olduğunu bildirib.
Görüş əsnasında Polşa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərindən söhbət açan qonaq bildirib ki, rəsmi Varşava Azərbaycanı Avropanın ayrılmaz bir parçası olaraq görür. O, 2011-ci ilin iyul ayında Polşanın Avropa İttifaqına sədrliyi dövründə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycanla münasibətlərin inkişafını prioritet olacağını xüsusi olaraq vurğulayıb.
Qonağa SAM-ın fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib. Xanim Pisarskaya həmçinin ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən demokratik quruculuq prosesi, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dövlətimizin mövqeyi barədə ətraflı məlumat verilib.
Görüşdə regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB