Salome Zurabişvili: "Gürcüstan ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinə çevrilib"

Salome Zurabişvili: "Gürcüstan ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinə çevrilib"

Gürcüstan ilə Azərbaycan bu gün olduğu qədər heç zaman yaxın olmayıb. Bizim tarixin sınağından çıxmış dostluğumuz var. Ölkələrimiz arasında istənilən məsələ yalnız dialoq yolu ilə həll oluna bilər.

SİA “AZƏRTAC”-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Gürcüstan ilə Azərbaycan çox böyük inkişaf yolu keçib. Bu gün hər iki ölkə birlikdə təkcə Cənubi Qafqaz regionu üçün deyil, dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirir. “Bunun nəticəsidir ki, Gürcüstan ilə Azərbaycan Avropa və Asiya arasında nəqliyyat dəhlizinə çevrilib”, - deyə, S.Zurabişvili vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə