Dövlət qulluğuna qəbul prosesində hansı yeniliklər həyata keçirilməlidir?
"Şəffaflıq Azərbaycan" Korrupsiya Qarşı Mübarizə İctimai Birliyi dövlət qulluğuna qəbul prosesində bir sıra yeniliklərin həyata keçirilməsini təklif edir. Bu barədə SİA-ya açıqlamasında "Şəffaflıq Azərbaycan" Korrupsiya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva məlumat verib. O bildirib ki, prinsip etibarı ilə vəziyyət qənaətbəxş hesab edilib: "Belə ki, müsahibələr zamanı vətəndaşlara heç bir maneə yoxdur və bütün lazımi şərait yaradılır. Müsahibənin gedişi videolentə alınır və namizədlər imtahan nəticələri ilə bağlı qısa vaxt ərzində məlumatlandırılır Onun fikrincə, ancaq bütün bunlarla yanaşı dövlət qulluğuna qəbul sahəsində bir neçə çatışmazlıqlar müşahidə olunub.
Müvafiq tövsiyələrə gəlincə R.Səfərəliyeva qeyd edib ki, müsahibələrdə iştirak edən ekspertlərin sayının artırılması daha yaxşı olardı. Vakanat vakansiyasını təqdim edən dövlət qurumlarının nümayəndələrinin müsahibədə ekspert qismində iştirak etməməli olduğunu deyən təşkilat rəsmisinin fikrincə, burada maraqların toqquşması problemi ortalığa çıxa bilər.
"Test mərhələsində iştirak etmək üçün tələb olunan sənədlərin sayını biraz azaltmaq lazımdır. Belə ki, onlar ilkin mərhələ üçün ən lazımlı sənədləri təqdim etsinlər, bu mərhələdən uğurla keçdikdən sonra qalan sənədlərini gətirsinlər. Bu namizədlər üçün artıq vaxt və xərc aparır. Müsahibədən sonra ekspertlərin arasında keçirilən müzakirə vaxtı videoya çəkilmir. Yaxşı olardı ki, müzakirələr də lentə alınsın və arxivdə qalsın. Elmi dərəcəsi olan namizədlər eyni şərtlər daxilində imtahan prosesinə cəlb edilir. Elmi dərəcəsi olan adam müəyyən bilik və bacarığa malik olduğu üçün birinci mərhələni keçməsin və birbaşa müsahibəyə cəlb olunsun. Bu bizim əsas tövsiyələrimizdir. Bundan əlavə, dövlət qulluğuna qəbulun aparılması ilə əlaqədar ortaya çıxan mübahisələrlə bağlı məhkəmə aktları məlumat bazasının yaradılmasını tövsiyyə edirik. Biz başa düşürük ki, bu iş sırf komissiya tərəfindən görülə bilməz. Bununla bağlı növbəti təklifi Məhkəmə Hüquq Şurasına təqdim edəcəyik. Bu məlumat bazasının yaradılması analitik arayış və məlumatların əldə edilməsinə yardım edə bilər. İkincisi isə dövlət qulluqçularının təlimi zamanı o bazadan istifadə edilə bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB