Psixoloq Xatirə İlhamqızı: “İnsanlar ən çox depressiya dövründə bu yola əl atırlar”
2 Fevral Gənclər günü münasibətilə gənclərin sağlıqlı yaşaması, pis vərdişlərdən uzaq olması və bu kimi vərdişlərin insan orqanizminə və psixologiyasına vurduğu zərərlərlə bağlı bilgiləndirici seminarlar və tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Gənclər günündə Bakının 314 saylı məktəbinin rəhbərliyi tərəfindən təşkil olunub.
Məktəb direktoru Vidadi Daşdəmirov və təlim-tərbiyə işləri üzrə müdir müavini Lamiyyə Mehdiyeva tərəfindən təşkil olunmuş "Narkomaniyyaya qarşı mübarizə" adında tədbir şagirdlərin hazırladıgı səhnəciklərlə açıldı. Daha sonra narkomaniya haqqında psixoloji yanaşma olan layihə təqdim edildi.
Qeyd edək ki, layihənin müəllifi psixoloq Xatirə İlhamqızıdır. Psixoloq layihəsi haqda məlumat verdi və narkomaniya ilə mübarizənin yollarından bəhs etdi. Xatirə xanım bildirdi ki, insanlar ən çox depressiya dövründə bu yola əl atırlar.
Sonda Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qudsi Bayramov öz fikirlərini bildirdi. İdarə rəisi rəhbərlik etdiyi qurumun narkomaniya ilə mübarizəsəsindən danışdı. Bildirdi ki, idarə cavabdeh olduğu bölgədə həm bilgiləndirmə, həm də əməli sahədə olduqca uğurlu işlərə imza atıb.
Tədbirin ən yaddaqalan məqamlarından biri də şagirdlərin rəsm əsərləri idi. Bu məktəbdə təhsil alan uşaqlar narkomaniya ilə bağlı öz düşüncələrini ağ kağız üzərinə köçürmüşdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB