Politoloq: "Ərəb dünyasında baş verənlər Avropadakı müsəlmanların doğma vətənlərinə qayıtması ilə nəticələnəcək"

Politoloq: "Ərəb dünyasında baş verənlər Avropadakı müsəlmanların doğma vətənlərinə qayıtması ilə nəticələnəcək"
"Ərəb dünyasında baş verənlərin arxasında duranlar var". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib. 2 il bundan qabaq ABŞ prezidenti Barak Obamanın Misirə səfərini xatırladan poltoloq bildirib ki, Obamanın səfər zamanı "Müsəlman dünyasında ciddi dəyişikliklər olacaq" kimi fikir səsləndirməsi adi bir fikir deyildi.

Onun sözlərinə görə, ərəb dünyasında baş verən hadisələr uzaq mənzilli məsələlərdir: "Ərəb dünyasında baş verənlər Avropadakı müsəlmanların doğma vətənlərinə qayıtması ilə nəticələnəcək. Onlar ərəb ölkələrini cəlbedici edəcəklər ki, müsəlmanlar geri qayıtsınlar".

Daha sonra Tunisdəki hadisələrə də toxunan politoloqun sözlərinə görə, Tunisdəki seçkiləri Avropa Birliyi həyata keçirəcək.

"Hər kəs Tunisdəki baş verən hadisələrdə ABŞ-ın əli olduğunu düşünür. Orada baş verən hadisələrdə vacib məqamlar var. Tunisdə baş verən hadisələrdə Avropa və ABŞ-ın əli olduğu deyilir. Əgər belə olsaydı, o zaman İraq niyə parçalanmadı? Əgər parçalanma varsa, o yalnız bir- iki ölkə üçün nəzərdə tutulub. Bu məsələlər İranla bağlıdır. İranın Livanda aktivləşməsi ilə hadisələrin üst-üstə düşməsi təsadüfi deyil. Artıq bir ildir ki, İran Livanı iranlaşdırır. Livan kimdədirsə, ərəb dövlətinə gedən yol ondadır ",- deyə politoloq qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə