YAP Gənclər Birliyi üzvlərinin Milli Məclisə səfəri təşkil olunub YENİLƏNİR
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin Milli Məclisə səfəri təşkil olunub. SİA-nın verdiyi məlumata görə, ilk olaraq gənclər parlamentin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra Heydər Əliyev Muzeyi və parlamentin iclas zalı ilə tanışlıq olub. Səfər çərçivəsində parlament nümayəndələri ilə gənclərin görüşü də keçirilib.
Gəncləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qəbul edib.
Görüşdən sonra keçirilməsi nəzərdə tutulan dəyirmi masalarda müxtəlif məsələlər üzrə geniş müzakirələrin aparılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB