Yerevanda Daşnaksyutun fraksiyasının Paşinyan hakimiyyətinin yarıtmaz siyasətinə qarşı kütləvi mitinqi keçirilib. SİA xəbər verir ki, panorama.am saytının yazdığına görə, aksiya iştirakçılarının əllərində sarı kartlar (xəbərdarlıq nişanı) olub.
“Bu, o deməkdir ki,biz hökumətin idarəçiliyindən və verdikləri vədləri yerinə yetirə bilməmələrindən narazıyıq”, mitinq iştirakçılarından biri deyib.
Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan isə bəyan edib ki, aksiyaya ölkənin birinci, ikinci, üçüncü və hətta dördüncü prezidentləri dəvət olunmayıblar. “Biz, sadəcə ölkədə baş verən olaylarla bağlı öz narahatlığımızı ifadə edirik”, eks-nazir bildirib.
Daşnaksyutunun ali orqanının təmsilçisi İşaxn Saqatelyan isə xatırladıb ki, daşnaklar inqilaba dəstək verib və alqışlayıb, lakin hökumət ümidləri doğrultmayıb. “Bizim gözləntilərimiz özünü doğrultmadı. Ermənistan hökumətinin ölkənin inkişafını təmin etməyə, qarşıda duran problemləri həll etməyə professional komandası yoxdur”, deyə Saqatelyan deyib və əlavə edib ki, hakimiyyət öz işini ağılla düşüncə ilə aparmalıdır: “Biz bəyan edirik ki əgər siz hər hansı bir addım atmağa hazırlaşırsınızsa, yaxı olardı ki, bunu reklamsız edəsiniz”.
Mitinqdə Paşinyanın məhkəmə-hüquq sisteminə qarşı siyasəti də pislənilib. “Problemlər mövcuddur, lakin onları təhdid və demaqoqiya ilə deyil, konstitusiyanın tələb etdiyi qanunlarla həll etmək lazımdır. Bu yolla davam etsəniz, siz ölkəni tamamilə xaosa sürükləyəcəksiniz”, deyə daşnak rəsmisi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB