“Le Figaro”: “Cimmi Karter İran şahını, Obama isə Mübarəki satdı”

“Le Figaro”: “Cimmi Karter İran şahını, Obama isə Mübarəki satdı”

Cimmi Karter İran şahını, Obama isə Mübarəki satdı. SİA-nın xəbərinə görə, bu haqda xəbər Fransanın "Le Figaro" qəzetində yer alıb. Xəbərə görə, İsrail ABŞ-ı satqın hesab edir. Belə ki, bu barədə bəyanatları daha çox İsrailin yüksək vəzifəli məmurları tərəfindən səslənir: "Bundan sonra biz Amerikaya necə güvənə bilərik. Çünki hər hansı bir hadisə baş verən kimi onlar öz həmkarlarını qoyub qaçırlar". Qəzet həmçinin Obamanı Mübarəki arxadan zərbə vurmaqda günahlandırır.

 

Məqalədə eyni zamanda Fələstində sülhün ən böyük tərəfdarı kimi tanınan Yosi Beylinin müsahibəsi də yer alıb. Diplomat deyir ki, Misirdə baş verən hadisələr Ağ Evlə həmkarlıq və dostluq münasibətində olan dövlətlərin yenidən xarici siyasətinə nəzər yetirmələrinə vadar etməlidir: "Obama Mübarəkə arxa çevirməklə taktiki gedişində böyük səhvə yol verdi. Barakın bu hərəkəti bizim üçün bir xəbərdarlıq olmalıdır. Əgər bizdə belə bir hadisə baş versəydi, görəsən, ABŞ bizi də satardı?".

 

İsraildə dərc olunan "Yediot axronot" qəzeti isə Misirdə baş verən hadisələrdən sonra Amerikaya inamın qalmadığını yazır: "Deməli rəsmi Vaşinqton sabah şəxsi maraqlarına görə, İsrailə də arxadan zərbə vura bilər". "Mossad"-ın keçmiş lideri Əfraim Hələvi isə Barak Obamanın ölkəsinin xarici siyasətində düzgün addımlar atmadığını hesab edir: "Barak Obama xalqı üçün nəyin pis, nəyin yaxşı olduğunu seçə bilmir. Lakin yenə də bildirmək istərdim ki, ümidvaram ki, Misirlə bağlı Obamanın verdiyi bəyanatlar gələcəkdə orada yaşayan insanların həyatına müsbət təsir edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə