Polşa xarici işlər naziri "Belarus xalqı da dövlət başçısı Aleksandr Lukaşenkonu göndərəcək" deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Radoslav Sikorski qiyamlardan əvvəl Tunis və Misirdəki vəziyətlə Belarusdakı vəziyyət arasında müqayisə aparıb.
Belarusda demokratiyanın qurulmasını istəyən ölkə müxalifətinə kömək məqsədilə təşkil edilən bir konfransda çıxış edən Polşa xarici işlər naziri Lukaşenkonun xalqın iradəsinə qarşı olsa belə mövqeyini qoruduğunu, ancaq bir müddət sonra qaçmaq məcburiyyətində qalacağını bildirib. O, Lukaşenkoya xitab olaraq "dövlət başçısı Lukaşenko, gec-tez ölkədən qaçmaq məcburiyyətində qalacaqsan, qovulduqdan sonra bir başqa ölkədən sığınacaq tələb edəcəksən" söyləyib.
Tunis və Misirdəki hadisələrdən sonra Belarusda da oxşar ssenarinin baş vermə ehtimalının böyük olduğunu qeyd edən Sikorski bildirib ki, Lukaşenkonun bir təyyarəsi onu ölkədən qaçırmaq üçün hazır olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB