Hindistanın cənub-qərbində yerləşən Maharaştra vilayətində aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Qüvvələrinə məxsus helikopter Naşik rayonunun Jai Bhavani Naqar yaşayış məntəqəsi ərazisində yerə çırpılıb. İlkin məlumata əsasən, hadisə zamanı helikopterin göyərtəsində olan 2 pilot həlak olub. Yerdə dağıntı və zərərçəkənlərin olması barədə məlumat verilmir. Qəzaya texniki nasazlığın səbəb olduğu ehtimal olunur. Ərazidə müvafiq işlər görülür. Araşdırma aparılır.
Eyni zamanda Hindistanda pirotexniki məhsullar istehsal edən müəssisədə bir neçə partlayışdan sonra güclü yanğın baş verib. Ölkənin Tamilnad ştatının Viniyamkulam yaşayış məntəqəsində yerləşən müəssisədə qeydə alınmış hadisə nəticəsində 9 nəfər həyatını itirib. Yaralananların da olduğu bildirilir. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir. İlkin araşdırmalar nəticəsində müəssisənin qeyri-qanuni fəaliyyət göstərdiyi məlum olub. Hadisə yerində müvafiq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə