FHN Dövlət Bayraq Meydanındakı bayraq dirəyində qeydə alınan nasazlıqla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Bayraq Meydanındakı bayraq dirəyində qeydə alınan nasazlıqla bağlı məlumat yayıb.
SİA-nın xəbərinə görə, məlumatda bildirilir ki, fevralın 2-də Bakı vaxtilə gecə saat 03.00 radələrində güclü küləyin əsməsi nəticəsində Dövlət Bayraq Meydanında texniki xidmətlər tərəfindən bayraq dirəyində titrəmə halları müəyyən edilib. Mütəxəssislər tərəfindən dərhal zəruri, təxirəsalınmaz təhlükəsizlik və profilaktik tədbirlər həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində səhər saat 6.30 radələrində dirəyin titrəyişləri nizamlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB