2 Fevral-Gəncləri günü Səbail rayonunda qeyd olunub

2 Fevral-Gəncləri günü Səbail rayonunda qeyd olunub

Səbail rayon İcra Hakimiyyətində istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclərin iştirakı ilə görüş keçirilib.

Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır.

A. Əsgərov diqqətə çatdırıb ki, Səbail rayon əhalisinin 21483 nəfərini, başqa sözlə 21,3 faizini gənclər təşkil edir.

Görüşdə çıxış edən Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov və digərləri Azərbaycan gəncliyinin vətənə məhəbbət, elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə