Metyu Brayza: "Mənim üçün ən əsas prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması olacaq" - AÇIQLAMA
"Səfir kimi mənim üçün ən əsas prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması olacaq". SİA-nın xəbərinə görə, bunu Birləşmiş Ştatların Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə deyib.
Qeyd edək ki, Metyu Brayza ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olub. O, artıq 22 ildir ki, diplomatik fəaliyyətlə məşğul olur. Xatırladaq ki, 30 Dekabr 2010-cu ildə ABŞ prezidenti Barak Obama Senatın tətildə olduğu zaman Metyu Brayzanı Azərbaycana səfir təyin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB