Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur

Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur

Azərbaycana qarşı bu cür çirkin kampaniyanın aparılması birinci dəfə deyil. SİA xəbər verir ki, bunu Milli Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanda "Avroviziya" mahnı müsabiqəsi keçiriləndə də, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da belə kampaniyalar aparıldı: “İndi də Avropa liqasının final matçı keçiriləndə bu cür hadisələr baş verir. Burada məqsəd aydındır. Hər vəclə Azərbaycanın müstəqil siyasətinə kölkə salmağa çalışırlar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Azərbaycanda hər hansı bir beynəlxalq tədbir keçiriləndə hər vəclə çalışırlar ki, bunun qarşısını alsınlar. Ancaq Azərbaycan hər zaman bunun qarşısını alıb, bundan sonra da alacaq.

Azərbaycanı həzm etmək istəməyən qüvvələr var və biz mübarizəmizi aparmalıyıq. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur. Cənab Prezidetimiz ətrafında sıx birləşmişik, hansı hücum olacaqsa adekvat cavabın alacaq. Bütün bunların bir səbəbi də odur ki, beynəlalq hüquq işləmir. Beynəlxalq hüquq işləsəydi hər kəs yerində oturardı. Açıq deyə bilmirlər ki, “ay Azərbaycan biz sənin inkişafını istəmirik”. Biz hamımız bir səslə çəkici bir yerə vurmalıyıq, biz bu çətinliyə sinə gəlməliyik”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə