Gənclər Təşkilatı Milli Şurasının üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
Gənclər Təşkilatı Milli Şurasının sədri Fuad Muradov, təşkilatın kollektivi və Milli Şuraya üzv olan təşkilatların nümayəndələri bu gün Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, ulu öndərin xatirəsi ehtiramla yad edilib və məzarı üzərinə tər güllər düzülüb. Görkəmli oftalmoloq alim Zərifə xanın Əliyevanın məzarı da ziyarət edilib.
Sonra Milli Şuranın kollektivi Şəhidlər Xiyabanına gəliblər. Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş insanların xatirəsi yad edilib, məzarları üzərinə güllər düzülüb.
Qeyd edək ki, bir neçə gündən sonra GTMŞ 15 illik yubileyini qeyd etməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB