"Erməni puluna çalışan ünsürlərin mövcudluğu təəssüf doğurur" RƏY-ÖZƏL

"Erməni puluna çalışan ünsürlərin mövcudluğu təəssüf doğurur" RƏY-ÖZƏL

“Brüsseldə 3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinin əyani sübutdur. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, erməni puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlərin mövcudluğu təəssüf doğurur: “Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Bresseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir”.

Aksiya cəhdinin erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan alınan maliyyə hesabına edildiyini xüsusi vurğulayan deputat qeyd edib ki, onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışır, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar: “Onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə