Anar Xəlilov: “Antimilli qüvvələr aksiya qarşılığında ermənilərdən pul alıblar” RƏY-ÖZƏL

Anar Xəlilov: “Antimilli qüvvələr aksiya qarşılığında ermənilərdən pul alıblar” RƏY-ÖZƏL

“Xaricdə fəaliyyət göstərən antimilli qüvvələr erməni lobbisi tərəfindən maliyyələşən qüvvələrdir”. SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərin görə, demək olar ki, bu qüvvələrin bir məqsədi var: “Beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirmək və gözdən salmaqdır. Lakin onların bu cür cəhdlərini dəfələrlə görmüşük. Ancaq hər dəfə də bu cür cədləri uğursuzluqla nəticələnib və heç nəyə nail ola bilməyiblər. Çünki Azərbaycan dövləti öz uğurlu siyasəti ilə dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir. Bir sözlə, 3-4 nəfərdən ibarət cılız insanın aksiya keçirməyə cəhd göstərməsi erməni maraqlarına xidmət etməkdən qaynaqlanır. Bu cür cılız aksiyalar, elə onların öz havadarları tərəfindən çəkilərək, sosial şəbəkələrdə yayımlanır və onların əlaltıları tərəfindən də hər hansı bir şərhlər verilir. Antimilli qüvvələr öz pozucu fəaliyyətləri qarşılığında xarici ağalarında maliyyə yardımları alırlar. Bu isə, çox utancverici hərəkətdir. Yəni buna siyasi fəaliyyət demək olmaz. Artıq həmin qüvvələrin özləri də apardıqları fəaliyyətin puç və heç nə ilə nəticələnmədiyini görürlər və dərk edirlər. Bir sözlə, onların fəaliyyətinin heç bir əhəmiyyəti yoxdur və onlar heç vaxtı heç nəyə nail ola bilməyəcəklər. Çünki bu qüvvələrin xalqımız hərəfindən heç bir siyasi dəstəyi yoxdur. Bu gün Azərbaycan dövləti Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində güclənir və bütün dünyanın beynəlxalq səviyyəli tədbirləri Azərbaycanda keçirilir. Bütün bunlar sübut edir ki, xalq öz Prezidentinin yanındadır və birmənalı tərzdə Onu dəstəkləyir”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə