"Xalqımız yaxşını pisdən ayırmağı bacarır" ÖZƏL-MÜNASİBƏT

"Xalqımız yaxşını pisdən ayırmağı bacarır" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə bu antimilli qüvvələr öz məkrli istəklərinə nail ola bilməyiblər. Çünki xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə nə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır". Bunu SİA-ya Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, bu qüvvələr olmayan gücləri ilə çalışırlar ki, Azərbaycan dövlətinin inkişafına və əldə etdiyi uğurlara kölgə salsınlar: “Amma onların nə istəmələrindən və nə etmələrindən asılı olmayaraq, bu qüvvələr inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlara heç nə edə bilməyəcəklər. Pislik elə onlara qalacaq. Xalqımız yaxşını pisdən ayırmağı bacarır. Onsuz da bütün dünya dövlətləri Azərbaycanın güclü dövlət olduğunu çox gözəl bilir. Lakin bəzi xarici və daxili qüvvələrin bu cür yersiz hərəkətlərə əl atması onlara baş ucalığı gətirməz. Əlbəttə, Prezident İlham Əliyev müxalifətin nə etdiyini və hansı məkrli planlar qurduğunu çox yaxşı bilir. Bu baxımdan da, Prezident İlham Əliyev müxalifətə qarşı bu cür faktlara əsaslanan fikirlər söyləyir və onların iç aləmlərini çılpaqlığı ilə cəmiyyətə çatdırır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə