“Azərbaycanın qonşu dövlətlərlə yaratdığı müxtəlif üçtərəfli formatlar Ermənistanı narahat edir. Buna görə də Ermənistan neçə vaxt idi axtarışda idi”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, İrəvan da başqa dövlətlərlə üçtərəfli əməkdaşlıq formatı yaratmaq istəyir: “Məsələn, mayın 8-də Yerevanda Ermənistanın, Yunanıstanın və Kipr Respublikasının xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. İyunda Kipr Respublikasının paytaxtında xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Yunanıstan və Kipr Respublikası Ermənistanla sıx münasibətlərə malikdirlər.
Sadəcə Yunanıstan və Kipr Respublikası Ermənistana qonşu dövlətlər deyillər. Bu baxımdan Azərbaycanın qonşu dövlətlərlə iqtisadi və regional layihələr əsasında təsis etdiyi üçtərəfli formatlardan fərqli olaraq Ermənistan-Yunanıstan-Kipr Respublikası arasındakı iqtisadi əməkdaşlığın və birgə layihələrin reallaşdırılması problematikdir. Ona görə də bu formatın yeganə məqsədi siyasidir - Azərbaycana və Türkiyəyə qarşı blok formalaşdırmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB