Paşinyanın son bəyanatı əvvəlkilərin əksidir

Paşinyanın son bəyanatı əvvəlkilərin əksidir

Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son bəyənatı heç bir məntiqə uyğun deyil. SİA Ermənistanın tert.am saytına istinadən xəbər verir ki, bu sözləri ekspert Karen Bekaryan “Sətir arası” layihəsinin efirdə növbəti buraxılışı zamanı deyib.

Ekspert baş nazir Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar son bəyanatının bundan əvvəl dedikləri ilə əksilik təşkil etdiyini vurğulayıb və qeyd edib ki, məlum bəyanat cəmiyyətdə qaynar debatlara da səbəb olub. Xatırladıb ki, bu bəyanat nəinki münaqişənin tənzimlənməsi prosesinin prinsiplərinə yaddır, eyni zamanda baş nazirin özünün də əvvəlki bəyanatları ilə əksilik təşkil edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə