Mayın 13-də Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərlərivə rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq aprelin 30-da Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilib. O cümlədən, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilərək, beynəlxalq aləmdə nüfuzlu mövqeyə sahiblənib.
Son altı ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahının inkişaf yolunda olduğunu söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr, ictimai-siyasi sahədə yeni uğurlu nəticələr barədə ətraflı məlumat verib. RİH-in başçısı çıxışı zamanı qeyd edib ki, Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəzalı evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunan ikisi 6, biri isə 9 mərtəbəli olan 3 ədəd yeni yaşayış binasının tikintisi aparılır. Növbəti mərhələdə inşa olunan 6 ədəd yaşayış binalarında isə dəmir-beton karkasının qurulması və betonlanması işləri aparılmışdır. Bundan əlavə Pirallahı qəsəbəsində məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ayrılmış 3 ha ərazidə 2 ədəd 9 mərtəbəli, 2 girişli, 72 mənzilli; 1 ədəd isə 9 mərtəbəli, 6 girişli, 162 mənzilli binalar, 220 şagird-yerlik məktəb binasının və müvafiq texniki infrastrukturun tikintisi davam etdirilir.
Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs edib, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirib, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndiriblər.
Yekunda rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş şəxslərinPirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB