“Hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistan və "DQ" (Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda erməni işğalçıları tərəfindən yaradılmış qondarma qurum - müəl.) bir-birinə qarşı olmamalıdır”. SİA Ermənistana məxsus aysor.am saytına istinadən xəbər verir ki, bu barədə "Parlaq Ermənistan" partiyasının katibi Gevorg Qorgisyan bu gün brifinqdə baş nazir Nikol Pashinyanın, "əgər insanlar "DQ"-ni əksinqlab ocağına çevirmək niyyətində olarsa, xalq onu inqlab ocağına çevrəcək" fikrinə münasibət bildirərkən deyib.
"Hətta Robert Kocharyan ən pis ssenari ilə Qarabağda hakimiyyətə gələrsə belə, yenə də Ermənistan və "DQ" əl-ələ işləməli, Ermənistan və "DQ" xalqlarının maraqlarına xidmət etməlidir", - deyə Qorgisyan bildirib.
O, Ermənistan və qondarma "DQ" müxalifətində son vaxtlar qarşılıqlı hörmətsizlik hallarının olduğunu, bunun yolverilməzliyini vurğulayıb.
"Biz siyasi oyunun qaydalarına düzgün riayət etməliyik, çünki bir məqsədimiz var və şəxsi maraqlarımız bu məqsədə nail olmaq siyasətində heç bir rol oynaya bilməz", - deyə Gevork Qorgisyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB