Elxan Şahinoğlu: “İşğalçıya təzyiqləri artırmalıyıq” RƏY-ÖZƏL

Elxan Şahinoğlu: “İşğalçıya təzyiqləri artırmalıyıq” RƏY-ÖZƏL

“Paşinyanın bu cür fikirlər səsləndirməsinin bir necə məqsədi var”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, biri elə daxili auditoriyaya hesablanıb: “Yəni, bununla Paşinyan demək istəyir ki, mən güzəştə getməyəcəm. Necə ki, keçmiş prezidentlər sərt siyasət yürüdüb, o da nümayiş etdirmək istəyir ki, “Qarabağla bağlı eyni siyasəti məndə davam etdirəcəm”. Ümumiyyətlə, Paşinyan Qarabağ məsələsi ilə məşğul olmaq istəmir. Çünki bilir ki, bu çox ağrılı məsələdir problem yarada bilər. Paşinyan daha çox daxildə siyasi və iqtisadi problemləri həll etmək istəyir. Çünki verdiyi vədlərin yerinə yetirmədikcə çətinlik çəkir, islahatlar yerində sayır. Ona görə də, ümumiyyətlə Paşinyan Qarabağla məşğul olmaq istəmir. Qarabağ onun üçün bir yükdür və yük olduğuna görə də, hər dəfə məsələni belə qoyur ki, qoy Qarabağ separatçılarıda danışıqlarda iştirak etsin. Buna biz heç zaman razılaşa bilmərik. Ona görə mən düşünmürəm ki, Paşinyandan biz yaxın müddətdə - il ərzində hansısa bir addım gözləyə bilərik. Necə ki, Köçariyan, Sarkisyan işğal siyasətin yürüdürdü Paşinyanda həmin siyasətin yürüdür. Hətta Paşinyan bir az da o tərəfə keçir. Ona görə də, biz öz tədbirlərimizi görməliyik işğalçıya təzyiqləri artırmalıyıq”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə