Milli.Az xəbər portalının 1 yaşı tamam oldu

Milli.Az xəbər portalının 1 yaşı tamam oldu
Ötən ilin əvvəlində yaradılmış Milli.Az xəbər portalı dünyada və ölkəmizdə baş verən mühüm və maraqlı hadisələr barədə operativ xəbərlər yayımlayır. SİA-nın məlumatına görə, Milli.Az xəbər portalı Day.Az Media Şirkəti tərəfindən təsis olunub və bu şirkətə məxsus brendlərdən biridir. Day.Az Media Şirkətində üç dildə (rus, Azərbaycan, ingilis) portallar fəaliyyət göstərir. (www.day.az, www.milli.az, www.today.az).

Milli.Az xəbər portalında Azərbaycanın və dünyanın aparıcı informasiya agentliklərinin, müxtəlif xəbər rusurslarının materiallarından istifadə olunur, həmçinin portal özünün informasiya məhsullarını oxuculara təqdim edir.

Milli.Az - siyasət, iqtisadiyyat, mədəniyyət, şou-biznes, idman, fövqəladə və kriminal hadisələr, dünyada baş verən olaylar barədə xəbərlər, həmçinin cəmiyyətin ən müxtəlif sahələrinə dair araşdırma və reportajlar təqdim edir. Azərbaycanın və bölgənin ictimai-siyasi hadisələrinin, Ermənistanın işğalçılıq siyasətinin təhlili, maraqlı şərhləri aparılır.

Saytda analitik və informasiya məhsulları ilə yanaşı, maraqlı fotosessiyalar, video-materiallar yayımlanır, internet radio fəaliyyət göstərir.

"Oxucu məktubu" rubrikası əsasında portala müraciət edən insanların problemləri, şikayətləri araşdırılıb, işıqlandırılır.

Milli.Az xəbər portalında mütəmadi olaraq, aktual və maraqlı mövzular ətrafında müsahibələr, tanınmış insanlarla söhbətlər təqdim olunur.
Portalın çoxsaylı yazı müəllifləri var. Ölkənin tanınmış yazarlarının və jurnalistlərinin məqalələri Milli.Az-da yayımlanır.
Portalın kollektivi peşəkar jurnalistlərdən ibarətdir. Sayt "on-line" rejimdə fəaliyyət göstərir, daim yenilənir və baş verən bütün hadisələrə operativ reaksiya verir.

2010-cu ilin yekunlarına görə, Milli.Az xəbər portalı media sahəsində "İlin şirkəti" Milli Mükafatına layiq görüldü. MiniMax Media Holdingin nəşri olan "Consulting&Business" jurnalı tərəfindən hər il biznes sahəsindəki uğurlara görə verilən bu nüfuzlu mükafat, ötən ilin sonunda Gülüstan Sarayında keçirilən təntənəli təqdimat mərasimində, "İlin xəbər portalı" nominasiyasında Milli.Az-a təqdim olundu.

Milli.Az xəbər portalının oxucu auditoriyası günü-gündən artmaqdadır.

Portal bu gün Azərbaycanda ən çox oxunan, populyar saytlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə