Qabil Hüseynli: “Ermənilər hədindən artıq həyasızlaşıblar ” RƏY-ÖZƏL

Qabil Hüseynli: “Ermənilər hədindən artıq həyasızlaşıblar ” RƏY-ÖZƏL

“Nikol Paşinyanın bu fikirləri daxili auditoriyaya hesablanmış fikirdir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, həmdə, Paşinyan və onun tərəfdarlarının real düşüncəsini əks etdirir: “Burdan belə bir nəticə çıxarmaq olar ki, Paşinyanla danışıqlar prosesində heç bir müsbət irəliləyişə nail olmaq mümkün olmayacaq və müəyyən dairələrin, yəni rus dairələrinin köməyi ilə Paşinyan indiki status-kvonu qoruyub saxlamağa çalışacaq. Belə olan halda da, Azərbaycanın bir yolu qalır. Bu yolda öz ərazi bütövlüyümüzün Azərbaycan ordusunun gücü ilə bərpa etməkdir. Artıq danışıqlarla bağlı illüziyalara qapılmağın vaxtı keçib. Ermənilər hədindən artıq həyasızlaşıblar və eyni zamanda da, Rusiyanın Ermənistana dəstəyi xeyli güclənib. Bu iki amilin birləşməsi nəticəsində onlar açıq aşkar meydan sulayırlar. Bir sözlə, torpaqları azad etmək üçün Azərbaycan xalqının gücü, əzmi, iradəsi mütləq ortaya qoyulmalıdır”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə