Britaniya qərəzi - UEFA

Və ya dağıdıcı müxalifətin növbəti qısqanclığı

Azərbaycanın uğurlu inkişafı, qarşıda duran vəzifələrin müvəffəqiyyətlə icrası ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır. Ölkə iqtisadiyatının dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat sırasında olması uğurlarımızı əks etdirən faktlardandır.
Son aylar Azərbaycanda bir - birinin ardınca keçirilən mühüm əhəmiyyətli beynəlxalq tədbirlər də bundan xəbər verir. Dünyanın tanınmış ictimai - siyasi xadimləri də, etiraf edirlər ki, Azərbaycan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təəssüf ki, bu uğurlardan qısqanclıq hissi keçirən, hətta alışıb - yanan dağıdıcı müxalifət anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilərək, onların çirkli pulları hesabına ölkə daxilində qarşıdurma, hakimiyyətlə xalq arasında süni narazılıqlar yaratmağa cəhd edir, ikrah doğuran vasitələrlə respublikamızın getdikcə artan reytinqinə xələl gətirmək istəyirlər. Ancaq onlar, öz məkrli niyyətlərinə nail ola bilməyiblər və bundan sonra da nail ola bilməyəcəklər. Çünki xalq ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şəraiti yaradan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini bəyan edirlər. Milli maraqlardan, millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Çünki müxalifətin xəbis niyyəti və ermənipərəst qüvvələrin çaldığı havaya oynaması hamıya məlumdur. Onlar hakimiyyətə gəlmək üçün istənilən yola gedir, yalan, əsası olmayan fikirlər səsləndirir, anti-Azərbaycan dairələrlə, hətta erməni lobbisi ilə də əməkdaşlıq edirlər. Bu yolu seçənlər ölkəmizin və regionun reallıqlarını nəzərə almır, beynəlxalq aləmdə baş verən proseslərin mahiyyətini dərk etmədən populist bəyanatlar səsləndirirlər. Ancaq nəticədə dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır.

Zəhərli ilana çevrilməyə adət edən müxalifət

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa liqasının kubokunun final oyunu ilə bağlı xaricdəki bəzi dairələr, yenə də əndişə içindədir. Artıq anti-Azərbaycan dairələri ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Beynəlxalq ictimaiyyətdə bu yarışın Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəyin formalaşdırılmasına cəhdlərə dəstək olan və xarici qüvvələrin alətinə çevrilən dağıdıcı müxalifət də mitinq keçirməklə meymunluq edir. Əslinə qalsa, müxalifətin ələkçinin qılverəni olması, o qədər də təəccüb doğurmur. Çünki Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin və onların əleyhinə çevrilən dağıdıcı müxalifət qüvvələrin mühüm tədbirlər ərəfəsində belə qərəzli kampaniyalar və mitinqlər keçipmək iddialarında olmalarının dəfələrlə şahidi olub. İstər 2012-ci ildə "Eurovision", 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə İslam Həmrəyliyi Oyunları və digər bu tipli yarışlar ərəfəsi də pozuculuq aktları törətməyə cəhdlər ediblər. Amma onlar dərk etməyiblər ki, Azərbaycan təmkinini itirmir və müstəqil siyasət yeritməkdə davam edir. Çünki Azərbaycan kiminsə sədəqəsinə göz dikən dövlətlərdən deyil ki, ona təzyiq göstərmək mümkün olsun.
Belə olan halda, tarix boyu vətəninə, millətinə və xalqına xəyanət edənləri ən ağır şəkildə cəzalandırıblar. Məhz bu cür əməllərə görə ittiham edilən Əl Kərimli, Arif Hacılı, Cəmil Həsənli, İsa Qəmbər, Leyla Yunus və həyat yoldaşı Arif Yunus və İntiqam Əliyev kimi Azərbaycanın maraqlarını düşmənə satanlar vətənə xəyanətdə və dələduzluqda ittiham edilməlidirlər.
Bu gün hansı formadasa mitinq keçirmək istəkləri isə, yenə də iflasa uğrayacaq. Sonda bu satqın xəyanətkarlara böyük dramaturq Mirzə İbrahimovun "Böyük dayaq" filmində deyilən sözü demək kifayətdir: "Sən nə zəhərli ilanmışsan, əəə ?!"

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə