Şuşada Nikolun başına nə gəlib? "HRAPARAK"

Şuşada Nikolun başına nə gəlib? "HRAPARAK"

Ermənistanın baş naziri Paşinyan Şuşada qondarma qurumun rəhbərlərinin onunla münasibət qurmaqdan yayındıqlarını müşahidə edib. SİA “Hraparak” qəzetinə istinadən xəbər verir. Belə ki, qondarma sepatarçıların “təhlükəsizlik şurasının” katibi Vitali Balasanyan işğal olunmuş ərazilərimizlə təmas xəttində atəşkəsin nəyə görə tez-tez pozulması sualını cavablandırarkən deyib ki, jurnalistlər bu sualı Ermənistanın baş nazirinə verməlidirlər.

“Ermənistan rəhbərliyi bu ironik münasibəti ağır keçirib və Bako Saakyana xəbərdarlıq edilib ki, Vitali Balasanyan özünü yığışdırsın, əks halda onlar başqa dillə danışmağa məcbur olacaqlar”, deyə erməni nəşri yazıb.

Erməni nəşri həmçinin Nikol Paşinyanın əksinqilab ocaqlarından birinin məhz qondarma qurum olduğu barədə statusunu da xatırladıb və yazıb ki, baş nazir separatçıq qurumun rəhbərliyinin onunla münasibət qurmaqdan yayınıblar və bu da onun gözündən yayınmayıb.

Qondarma qurumun keçmiş müdafiə naziri Levon Mnasakanyan da Paşinyanla görüşdən yayınmağa cəhd edib və Ruben Ayrapetyanın müşahidə etdiyi Serj Sarkisyanı hərarətlə qarşılayıb”, “Hraparak” qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə