Oqtay Əsədov: “Tarif Şurasının qiymət artımı hiss olunacaq səviyyədə deyil”

Oqtay Əsədov: “Tarif Şurasının qiymət artımı hiss olunacaq səviyyədə deyil”
"Tarif Şurasının qiymət artımı hiss olunacaq səviyyədə deyil". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu günki iclasındakı çıxışı zamanı deyib. O bildirib ki, dəmiryolu tarifləri qonşu Ermənistan və Gürcüstandakı qiymətlərdən 3 dəfə ucuzdur.

"Tarif Şurasının qiymət artımı hiss olunacaq səviyyədə deyil. İçməli suyun qiyməti 12 qəpik artırılıb. "Azərsu" Səhmdar Cəmiyyəti rentabelli işləyə bilmir, işçilər maaş ala bilmir", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Tarif Şurası suyun, poçt və sərnişindaşıma xidmətlərinin qiymətlərində dəyişiklik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə