"Rusiyanın hərbi gücünü artırmaq istəyi prosesi tormozlayır" ÖZƏL-ŞƏRH
“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq qurumların 1992-ci ildən bu günümüzə qədər qəbul etdiyi bütün qərarlar, protokollar, sazişlər və tövsiyyələrdə Azərbaycanın ərazi bütövlüyü xüsusi olaraq vurğulanıb”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, 1992-ci ildə Helsinkidə reallaşan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Şurasının birinci əlavə görüşü iclasında münaqişənin ərazi bütövlüyü prinsipinə uyğun nizamlanması əsas götürüldü: “27 il ərzində Avropa Birliyi təşkilatı və üzv dövlətləri, Şimali Atlantika Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən həyata keçirilən bütün tədbirlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi xüsusi olaraq vurğulanıb. Bu təşkilatların münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün vahid və razılaşdırılmış baza yaradılıb. Zaman-zaman problemin həlli ilə məşğul olan təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəliləyiş əldə olunmadığı barədə bəyanatlar səsləndirilib.
1996-cı ilin dekabrında ATƏT-in Lissabonda keçirilən Zirvə görüşündə fəaliyyətdə olan sədri bəyanatında Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdıran üç prinsip tövsiyə edilib. Bu prinsiplərdən ən birincisi isə münaqişə tərəflərinin ərazi bütövlüyü məsələsi idi. Amerikalı həmsədr Ceyms Uorlik dəfələrlə işğal olunmuş ərazilərin qaytarılmasının zəruriliyi bardədə bəyanatlar verib. Dağlıq Qarabağın hüquqi sahibi Azərbaycan olmasından yana dünyada çəkisi və nüfuzu olan dövlətlər tərəfindən də siyasi və mənəvi dəstək almaqdayıq. Türkiyə Pakistan, Almaniya və ABŞ kimi güclü dövlətlər dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildiriblər. İndiyə qədər münaqişənin sülh yolu ilə edilməsi üçün bütün detallar hazırlanıb.Yalnız bu işləmlərin həyata keçməsi üçün siyasi qərarın verilməsi qalıb. Lakin Rusiyanın bölgədə öz hərbi gücünü sülhməramlı qüvvə adı altında artırmaq istəyi prosesi tormozlayır. Azərbaycan hakimiyyəti isə ölkəmizdə yalnız bir ölkəyə məxsus sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə razı ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB