2011-ci ildə Gəncədə taksi xidmətinin yüksəldilməsi istiqamətində yeni tədbirlər planı hazırlanıb. İlk olaraq Gəncəyə yeni taksilər gətiriləcək. Birinci mərhələdə 300 ədəd daha konfortlu taksilərin şəhərə gətirilməsi nəzərdə tutulur. Taksi fəaliyyəti üçün əsasən "Hunday" və "Honda" markalı avtomobillərə üstünlük veriləcək.
Gəncə 1 saylı Nəqliyyat Departamentinin Taksi Daşımaları Şöbəsinin rəisi Könül İbrahimovanın SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sözügedən məsələ Nəqliyyat Nazirliyinin son kollegiya iclasında da müzakirə olunub. Gəncədə fəaliyyət göstərən avtomobil şirkətlərinin rəhbərlərinə bu işin tez bir zamanda reallaşdırılması üçün lazımı tövsiyyələr verilib.
"Yeni taksilərin gətirilməsi sürücülərin vergiyə cəlb olunması işini də asanlaşdıracaq. Hazırda Gəncədə 1300 taksi fəaliyyəti ilə məşğul olan sürücü qeydiyyatdadır. Ancaq Nəqliyyat Departamenti sadəcə 400-ə yaxın sürücünü sadələşdirilmiş vergiyə cəlb edə bilir. Yeni taksilərin gətirilməsindən sonra sürücülər arasında seçim başlayacaq. Bu da o deməkdir ki, hər kəs taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcək", K.İbrahimova əlavə edib.
Qeyd edək ki, sonuncu dəfə Gəncəyə 2008-ci ildə taksi fəaliyyəti üçün 12 ədəd "Toyota" markalı avtomobil gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB