Politoloq: "İğtişaşlara bütün sferalarda dəstək Ağ evin qara əlləri vasitəsi ilə edilir"
Ərəb ölkələrində baş verən hadisələrin arxasında ABŞ dayanır. Artıq hadisələrin gedişatı da göstərir ki, iğtişaşlara bütün sferalarda dəstək Ağ evin qara əlləri vasitəsi ilə edilir. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib. Politoloq deyir ki, qədim dövlət olan Misirin ABŞ-la yaxın münasibətləri 1952-ci ildən başlayır. Belə ki, hərbçilərin əlində olan dövlət Ağ evin irəli sürdüyü bütün təklifləri şübhəsiz və qeyri-şərtsiz qəbul edirdi. Bu zəmində rəsmi Vaşinqton Misirə hər il orta hesabla 1 milyard üç yüz milyon hərbi yardım göstərirdi. Lakin bütün bunların fonunda son zamanlar ABŞ-ın Yaxın Şərqdəki geosiyasətini dəyişməsi Misiridə ayaq altına saldı: " Fikir verirsinizsə, bu dövlətlər uzun müddət Fransa imperiyasının nəzarəti altında olub. Daha sonra ötən əsrin ortalarından ingilislər bu nəzarəti əllərinə alıblar. Amma indi hegemonluq eşqində olan ABŞ daha çox İngiltərənin nəzarətində olan dövlətləri nəzarəti altına keçirməyə başlayıb. Buna ötən əsrin 50-ci illərindən Koreyadan, Vyetnamdan başlayıb. Bütün bunların fonunda indi ərəb dünyasına girişib. 1997-ci ildən ABŞ-da xüsusi bir layihə hazırlanıb, hansı ki, orada 2015-ci ilə qədər ABŞ-ın maraqları öz əksini tapıb. Bu maraqların içərisində məhz Afrikanın şimalı da var idi. Eyni zamanda Sudanı da parçaladılar, ikinci bir xristian dövləti yaratdılar. Misirdə bunların önündədir. Eyni zamanda iğtişaşların Misirdən başlanmasında əsas məqsəd Yaxın Şərqin cığal övladı olan İsraili cəzalandırmaqdır. İsrailin dayağı Misir idi. Yəni İsrail ABŞ-Türkiyə münasibətlərini müəyyən qədər gərginləşdirdi. İndi fikir verirsinizsə, Obama Ərdoğanla məsləhətləşir. Heç İsraillə əlaqə saxlamır".
Politoloq hesab edir ki, Misirdəki proseslərin bu istiqamətdə getməsi ölkə daxilində olan rejimin özü ilə də bağlıdır: "Şərq dövlətlərində Şah sevgisi deyilən bir möhfumat var. Yəni bu heç də təsadüfi deyil. Bəziləri bunu islam dünyasının geri qalması ilə bağlayırlar. Lakin Qurandan xəbəri olanlar bilirlər ki, bu belə deyil. Çünki Quranın 49-cu sürəsində Allah tərəfindən göstəriş verilib ki, öndəkini dəstəkləməlisiniz. Öndə duran isə prezidentdir. Bu islamdan doğan bir şeydir. Çox heyf ki, ərəb ölkələri Allahın buyurduğunu öz şəxsi məqsədləri üçün istifadə edirlər. Buna görə də, istər-istəməz qarşıdurma yaranır. Yəni bu da ikinci faktor rolunu oynayır".
Ərəb ölkələrində baş verən hadisələrin cənub qonşumuz İrana sirayət edəcəyinə gəlincə, poltoloq vurğulayıb ki, İranda bu proses çoxdan başlayıb: "İran bir növ hadisələri qabaqlamağa başlayıb. Əhmədinejat hal-hazırda Sarkisyanın müsəlman variantıdır. Yəni bunların istər öz xalqına qarşı, istərsə də Azərbaycan xalqına qarşı olan münasibətlərindəki baxışları eynidir. Heç bir fərq yoxdur. Bölgədə təklənən İran ərəb ölkələrində baş verən hadisələrdən sığortalanmayıb. Belə ki, bu hadisələrin rəsmi Tehrana sirayət etmə dərəcəsi çox yüksəkdir. Hazırki, rejim İranı çıxılmaz vəziyyətə qoyacaq. Çünki vaxtilə 25 milyona yaxın insanın torpaqlarından qovulması, onların intiqam hissi rəsmi Tehranıda təşvişə salıb. Bu da inqilabın məskənidir. Nəzərə almaq lazımdır ki, İrana qarşı ən mənfi qüvvələr İraq ərazisində toplaşıb. Ona görə də inqilabın başlaması an məsələsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB