"Biz mütəmadi olaraq ağacəkmə aksiyalarını təşkil edəcəyik” ÖZƏL-AÇIQLAMA

"Biz mütəmadi olaraq ağacəkmə aksiyalarını təşkil edəcəyik” ÖZƏL-AÇIQLAMA

“Yeni Azərbaycan Partiyası mütəmadi olaraq Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar ağacəkmə aksiyaları həyata keçirir. Biz bu aksiyalara 1992-ci ildən başlamışıq”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, YAP təsis olunduqdan sonra hər il may ayının 10-11-də bu cür aksiyalar təşkil edilir: “Artıq 26-27 ildir ki, hakim partiya tərəfindən ağacəkmə aksiyaları həyata keçirilir. Ötən il “Hərəyə bir ağac əkək” şüarı altında daha böyük aksiya keçirdik. Həmin ərəfədə YAP-ın həm şəhər, həm də rayon təşkilatlarında, eləcə də bütün rayonlarımızda 700 mindən artıq ağac əkilməklə kampaniya keçirildi. Partiyanın bütün üzvləri həmin aksiyada çox fəal şəkildə iştirak etdilər. Təbii ki, bu gün də təşkil olunan aksiya onun bir davamıdır. Biz mövsümdən asılı olaraq bu cür aksiyaları mütəmadi təşkil edəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə