“Dövlətimiz tərəfindən gənclərə böyük diqqət və qayğı var” RƏY-ÖZƏL

“Dövlətimiz tərəfindən gənclərə böyük diqqət və qayğı var” RƏY-ÖZƏL

“Bu gün Azərbaycanda gənclərlə bağlı dövlətin ardıcıl siyasəti mövcuddur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov deyib.

Onun sözlərinə görə, bu siyasət Prezident İlham Əliyevin qəbul etdiyi qərarlarla yanaşı eyni zamanda, Azərbaycanda gənclər siyasətinin həm hüquqi, həm də maddi bazasının formalaşdırılması ilə bağlıdır: “Bildiyimiz kimi bu yaxınlarda “Gənclər Siyasəti Haqqında Qanuna” yeni dəyişikliklər olundu eyni zamanda, Prezident İlham Əliyev tərəfindən gənclərə və onları birləşdirən müxtəlif gənclər təşkilatlarına dövlət dəstəyini artırmaq üçün Gənclər Fonduna vəsaitin artırılması, imkanlarının genişləndirməsi qərarı verilmişdir. Artıq bu gün Azərbaycanda Gənclər Fondu cəmiyyətin bütün sahələrində olan gəncləri əhatə edir. Yəni hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq bütün gənclər fondla əməkdaşlıq etmək imkanlarına malikdirlər. Bu gün Azərbaycanda gənclər üçün yeni iş imkanlarının, yeni əlavə dəstəyin göstərilməsi sahəsində dövlətin mühüm addımlarını görürük. Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi “Azərbaycanın Məşğulluq Strategiyası” ilə dövlət qurumları gənclərə yönəlik layihələrə dəstək vermiş olacaqlar. Azərbaycanda bu gün gənclərin həm mərkəzi, həm də yerli icra strukturlarında işə qəbul edilmələri, eyni zamanda xaricdə təhsil alan azərbaycanlı istedadlı, bacarıqlı gənclərin Azərbaycanda həm dövlət qulluğuna eyni zamanda, müxtəlif sahələrə işə cəlb olunması da dövlətin gənclərə qayğısıdır. Bu kimi işlər bir daha göstərir ki, Prezidenti İlham Əliyevin gənclərə olan diqqət və qayğısı başlıca istiqamətlərdəndir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə